22.11.2019

İbtidai sinif müəllimləri üçün təlim keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin elan etdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qaliblərindən olan Cəlilabad 8 nömrəli Texniki və Humanitar məktəb – liseyin “Oxu və riyaziyyatın tədrisi metodikasında yeni yanaşmalar” layihəsi çərçivəsində T.Bayraməlibəyov adına şəhər 2 nömrəli tam orta məktəbində III sinif müəllimləri üçün təlim keçirilib.

Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd III siniflərdə tədris aparan müəllimlərin şagirdlərin oxuyub-anlama və riyazi bacarıqlarının inkişaf etdirilməsi üzrə işini daha da effektiv edəcək təlim üsulları ilə işləmək bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.

İbtidai sinifdə mükəmməl oxuyub-anlama və riyazi bacarıqlara yiyələnmiş şagirdlərin sonrakı təhsil nailiyyətlərinin də yüksək olmasını nəzərə alsaq, bu iş hər zaman məktəbin aktual hesab olunan fəaliyyətlərindən biridir.

Xatırladaq ki, təlimlərə Ağcabədi, Cəlilabad, Lənkəran, Masallı, Tovuz rayonlarından olan müəllimlər cəlb ediliblər..

Təlimlər 2019–cu ilin noyabr ayından etibarən 2020-ci ilin fevralın sonuna qədər davam edəcəkdir.