05-07 noyabr 2019-cu il tarixdə Lənkəran Şəhər Olimpiya İdman Kompleksində AFFA tərəfindən idman məşqçiləri üçün “D” lisenziyalı kurslar təşkil olunub.
Həmin kurslarda Lənkəranın ümumtəhsil məktəblərinin 50 nəfər fiziki tərbiyə müəllimi iştirak edib. Kursun sonunda dinləyicilərə sertifikat təqdim edilib.