07.11.2019

Məktəblər arasında respublika çempionatı -2019, II-mərhələ

            Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14.10.2019-cu il tarixli F-608 nömrəli əmrinə əsasən “Məktəblər arasında respublika çempionatı” rayondaxili yarışları keçirilib.

    

         21-22 oktyabr 2019-cu il tarixdə şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin idman  zalında “Məktəblər arasında respublika çempionatı”nın stolüstü tennis idman növü üzrə II mərhələsi (rayondaxili yarışları) keçirilib. Yarışda 2 məktəbin komandası iştirak  edib.

                               Yarışın qalibləri:

   I    – yer       Şağlaser kənd  tam orta məktəbi  III mərhələyə (zona turuna) vəsiqə  qazanıb.

   II   – yer       V.Əliyev adına şəhər  4 nömrəli HTML

 

            24-25 oktyabr 2019-cu il tarixdə Olimpiya İdman Kompleksində “Məktəblər arasında respublika çempionatı”nın atletika idman  növü üzrə II mərhələsi (rayondaxili yarışları) keçirilib. Yarışda 48 məktəbin komandası iştirak  edib.

                               Yarışın qalibləri:

   I    – yer       Haftoni qəsəbə tam orta  məktəbi  III mərhələyə (zona turuna) vəsiqə  qazanıb.

   II   – yer       Şəhər 10 nömrəli  tam orta məktəbi

   III – yer        V.Əliyev adına şəhər  4 nömrəli HTML

    

           28-29 oktyabr 2019-cu il tarixdə Sütəmurdov kənd tam orta məktəbinin idman zalında “Məktəblər arasında respublika çempionatı”nın voleybol (qızlar) idman  növü üzrə II mərhələsi (rayondaxili yarışları) keçirilib. Yarışda 21 məktəbin komandası iştirak  edib.

                               Yarışın qalibləri:

   I    – yer      Viravul kənd 1 nömrəli  tam orta məktəbi III mərhələyə (zona turuna) vəsiqə  qazanıb.

   II   – yer      Şəhər 10 nömrəli tam orta məktəbi

   III – yer       V.Əliyev adına şəhər  4 nömrəli HTML

 

         31 oktyabr -01 noyabr 2019-cu il tarixdə T.Bayraməlibəyov adına şəhər 2 nömrəli tam orta  məktəbinin  idman  zalında “Məktəblər arasında respublika çempionatı”nın basketbol (oğlanlar) idman  növü üzrə II mərhələsi (rayondaxili yarışları) keçirilib. Yarışda 23 məktəbin komandası iştirak  edib.

                               Yarışın qalibləri:

   I    – yer       Şəhər 7 nömrəli tam orta  məktəbi III mərhələyə (zona turuna) vəsiqə  qazanıb.

   II   – yer       V.Əliyev adına şəhər  4 nömrəli HTML

   III   – yer      Şəhər 10 nömrəli  tam orta məktəbi

 

         04-07 noyabr 2019-cu il  tarixdə  şəhər   UGİŞ-məktəbində “Məktəblər arasında respublika çempionatı”nın şahmat idman  növü üzrə II mərhələsi (rayondaxili yarışları) keşirilib. Yarışda 10 məktəbin komandası iştirak  edib.

                               Yarışın qalibləri:

   I    – yer       Şəhər 10 nömrəli  tam orta məktəbi  III mərhələyə (zona turuna) vəsiqə  qazanıb.

   II   – yer       V.Əliyev adına şəhər  4 nömrəli HTML

   III   – yer      Şəhər 2 nömrəli  tam orta məktəbi