Oktyabrın 30-da Lənkəran Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə şəhər 2 nömrəli tam orta məktəbinin akt zalında dahi Azərbaycan şairi Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə Şəhər Təhsil Şöbəsinin müdir müavini G.Bagırov açıb.
Sonra Səpnəkəran kənd tam orta məktəbinin dil-ədəbiyyat müəllimi Şirvan Əliyev “İmadəddin Nəsiminin yaradıcılığında insan gözəlliyinin və qüdrətinin tərənnümü” mövzusunda məruzə edib.
Məruzə ətrafında müzakirələrdə Xanbulan kənd tam orta məktəbinin müəllimi Rəfiqə Babayeva, Liman şəhər 2 nömrəli tam orta məktəbinin müəllimi Rəqsanə Xasıyeva, Ədliyyə Nazirliyi Regional Ədliyyə İdarəsinin məsləhətçisi Aqil Salmanov iştirak edərək Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin yaradıcılığının ayrı-ayrı məqamları haqqında fikirlərini bildiriblər.
Sonra məktəblilərin ifasında maraqlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.