29.10.2019

Təhsil Şurasının növbəti iclası

Oktyabrın 29-da Lənkəran Şəhər Təhsil Şöbəsi Təhsil Şurasının növbəti iclası keçirilib. Tədbirdə Təhsil Şöbəsinin əməkdaşları və rayonun ümumtəhsil məktəblərinin rəhbərləri istirak ediblər.

Şöbə müdiri Aslan İbrahimov şura iclasını giriş  sözü ilə açaraq gündəliyi elan edib. Sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanıb. Təhsil Şöbəsinin aparıcı məsləhətçiləri Cəmil Axundzadə və Aslan Aslanov şəhər 9 nömrəli və Viyən kənd tam orta məktəblərində  aparılmış monitorinqin nəticələri barədə, metodist Şərqiyyə Eminova şəhər 3,4 nömrəli, Gərmətük qəsəbə, Kərgəlan və Kənarmeşə kənd tam orta məktəblərində informatika fənninin maddi-texniki, tədris bazasının, pedaqoji kadr heyətinin, şagirdlərin İKT bacarıqlarının və rəqəmsal düşüncə tərzinin vəziyyəti haqqında, ŞTŞ-nın müdiri Aslan İbrahimov 2019-2020-ci dərs ilinin payız – qış mövsümünə hazırlığın vəziyyəti haqqında  arayış  vermiş və qarşıda duran vəzifələrdən bəhs ediblər. Müzakirə olunan məsələlər barədə müvafiq qərar qəbul edilib.

Sonda Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov şura iclasını yekunlaşdırıb.


Açar sözlər: ,  ,