04.10.2019

Beynəlxalq Müəllimlər Günü münasibətilə görüş

Oktyabrın 4-də Şəhər Təhsil Şöbəsində Beynəlxalq Müəllimlər Günü münasibətilə bir qrup qabaqcıl müəllimlə görüş keçirilib.

Görüşdə Şəhər Təhsil Şöbəsinin müdiri A.İbrahimov Lənkəran təhsilinin uğurlarından bəhs edib müəllimlərin çətin və şərəfli əməyindən danışıb. Sonra təhsil sahəsində üzün illər səmərəli fəaliyyətinə görə və Beynəlxalq Müəllimlər Günü münasibətilə fərqlənən müəllimlərə Fəxri fərman və qiymətli hədiyyələr təqdim edib.

Təltif olunanlar adından İstisü qəsəbə tam orta məktəbinin müəllimi E.Həsənov və Xanbulan kənd tam orta məktəbinin müəllimi N.Fərziyev təşəkkürlərini bildirib və əmin ediblər ki, bundan sonra da bütün bilik və bacarıqlarını Lənkəran təhsilinin inkişafına sərf edəcəklər.

Sonda xatirə şəkli çəkdirilib.


Açar sözlər: ,  ,