Hörmətli həmkarlar!
Bü gün ölkəmizin çoxminli müəllim ordusu özünün peşə bayramını–Beynəlxalq Müəllimlər Gününü qeyd edir. Hər birimizin qəlbində, ruhunda müəllim zəhmətindən pay, müəllim nurundan zərrə olduğundan onların bayramı bütün cəmiyyətin bayramıdır. Müəllimlik dünyada ən gərəkli və dəyərli peşə sayılır. Çünki müəllim yetirmələrinə gizlədilməsi mümkün olmayan gözəllik bəxş edir, yeni bilik öyrədir, həyat üçün zəruri olan bacarıq və vərdişlər aşılayır. İnsanın kamilləşməsi, əqlinin, ruhunun və cisminin bərabər səviyədə inkişafı onun aldığı təlim-tərbiyədən və bu prosesi düzgün diaqnozlaşdıran, layihələşdirən və həyata keçirən müəllimlərdən asılıdır. Ona görə də müəllimin bütün zamanlarda və bütün cəmiyyətlərdə məqam və sosial statusu üstün olub, o ən hörmətli şəxs sayılıb. Məhz müəllimlərimizin yorulmaz, fədakar əməyinin nəticəsində Azərbaycan təhsili, o cümlədən Lənkəran təhsili çox böyük uğurlar qazanıb.
Hörmətli müəllimlər!
Bu əlamətdar gün münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm can sağlığı, çətin və şərəfli peşə fəaliyyətinizdə davamlı uğurlar arzu edirik.