03.10.2019

“Mənəvi dəyərlərin təbliğinin dini radikalizmə qarşı mübarizədə əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Oktyabrın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi və Lənkəran Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgə təşkilatçılığı ilə Aşağı Nüvədi qəsəbə tam orta məktəbində tədbir keçirilib.

“Mənəvi dəyərlərin təbliğinin dini radikalizmə qarşı mübarizədə əhəmiyyəti” mövzusunda baş tutan tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran ŞTŞ-nin  aparıcı məsləhətçisi Cəmil Axundzadə, məktəbin direktoru Nisə Camalova, müəllimlər və şagirdlər iştirak edib.

Çıxışlar zamanı gənclər arasında mənəvi dəyərlərin təbliğ edilməsi və onların bu dəyərlər ruhunda formalaşmasının zəruriliyi vurğulanıb. Dini radikalizmə və digər zərərli vərdişlərə qarşı aparılan mübarizə tədbirləri haqqında məlumat verilib. Qeyd olunub ki, gənclərimizin bu kimi mənfi cərəyanlardan və meyillərdən qorunması olduqca vacibdir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.