Oktyabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi və Lənkəran Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgə təşkilatçılığı ilə Şıxəkəran kənd tam orta məktəbində “Dini radikalizm, zərərli vərdişlər və onların fəsadları” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran ŞTŞ-nin aparıcı məsləhətçisi Cəmil Axundzadə, məktəbin direktoru İlqar Tağıyev, müəllimlər və şagirdlər iştirak edib.
Çıxışlar zamanı dini radikalizm, zərərli vərdişlər və onların fəsadları haqqında tədbir iştirakçılarına məlumat verilib. Vurğulanıb ki, bu kimi zərərli vərdişlərə qarşı mübarizədə gənclərin elmə yiyələnməsi, milli-mənəvi dəyərlər ruhunda formalaşması olduqca əhəmiyyətlidir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.