Avqustun 14-də Lənkəran Şəhər Təhsil Şöbəsində Məmmədli Rəvanə Teymur qızı ilə görüş keçirilib. V.Həsənov adına Liman şəhər 2 nömrəli tam orta məktəbin X sinif şagirdi Məmmədli Rəvanə Teymur qızı Azərbaycan Dövlət Sərhəd Xidmətinin keçirdiyi “Azərbaycan Sərhəd Mühafizəsi-100 il” mövzusunda müsabiqənin inşa yazı nominasiyası üzrə I yeri tutaraq 1-ci dərəcəli diploma və pul mükafatına layiq görülüb.
Şəhər Təhsil Şöbəsinin rəhbərliyi onu təbrik edib, təhsildə uğurlar arzulayıb.