İyunun 7-də Ə.Hüseynov adına Vilvan kənd tam orta məktəbi və "Yayım" assosiasiyası ictimai birliyi ilə birlikdə ''Qarabağ savaşında əlil olan qazilərimizin tanınması və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə dair tədbirləin təşkili" mövzusunda tədbir keçirilib.
Tədbirdə Lənkəran Şəhər Təhsil Şöbəsinin aparıcı məsləhətçisi C.Axundzadə, Yayım assosiasiyası ictimai birliyin sədri Y.Zeynalov, Vilvan kənd tam orta məktəbin müəllim və şadird kollektivi, Vilvan kəndindən olan şəhid ailələri və I Qarabağ savaşında əlil olan qazilər iştirak edib.
Tədbirin sonunda şagirdlərin hazırladıqları bədii kompozisiya təqdim olunub.