İyunun 3-də Şəhər Təhsil Şöbəsində Nəsiminin 650 illiyinə həsr olunmuş intellektual oyun üzrə regional yarışın qalibi olan Lənkəran komandasının üzvləri ilə görüş keçirilib.
Görüşdə Şəhər Təhsil Şöbəsinin müdiri A.İbrahimov cənub bölgəsinin 9 komandası arasında qalib çıxan Lənkəran komandasını təbrik edib, onlara yeni-yeni uğurlar arzulayıb.
Komandanın üzvləri adından şəhər 1 nömrəli tam orta məktəbin şagirdi təbrikə və diqqətə görə təşəkkürünü bildirib.