30.05.2019

Təhsil Şurasının növbəti iclası

Mayın 30-da Şəhər Təhsil Şöbəsi Təhsil Şurasının növbəti iclası keçirilib. Şura iclasını Lənkəran ŞTŞ-nın müdiri A.İbrahimov açıb. İclasda rayonun Çay fabriki qəsəbə və Xanbulan kənd tam orta məktəblərində təlim-tərbiyə işlərinin vəziyyəti, şəhər 5, 7,10  nömrəli, Liman şəhər 1 nömrəli tam orta məktəblərinin təmayül siniflərində təhsilin təşkili vəziyyəti haqqında məsələlər müzakirə olunub,  Azərbaycan Respublikasının Təhsil Nazirinin ümumtəhsil məktəblərində sağlam mənəvi-psixoloji və təhlükəsizlik mühitinin yaradılması barədə 12 aprel 2019-cu il tarixli, K-405 nömrəli əmrinin icrası ilə əlaqədar rayonun Vilvan və Yuxarı Nüvədi kənd tam orta məktəblərində görülmüş işlər barədə həmin məktəblərin direktorları Ə.Ağayev və İ.Orucovanın hesabatları dinlənilib.

Müzakirə olunan məsələlər barədə şöbənin əməkdaşları S.Əliyev, C.Axundzadə və N.Əkbərovun arayışları dinlənilib və müvafiq qərarlar qəbul edilib.

Sonda Şəhər Təhsil Şöbəsinin müdiri A.İbrahimov Şura iclasını yekunlaşdırıb və qarşıda duran vəzifələrdən bəhs edib.


Açar sözlər: ,  ,