24.05.2019

“İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi, Lənkəran Şəhər Təhsil Şöbəsi (ŞTŞ) və Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayonun Kənarmeşə kənd tam orta məktəbində “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib.

Tədbirdə DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Tacəddin Sadıqov, Emin Həmidli, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran ŞTŞ-nin aparıcı məsləhətçisi Cəmil Axundzadə, Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşı Ağakişi Baloğlanlı, məktəbin direktoru Natavan Mirzəcanova, müəllimlər və şagirdlər iştirak edib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Natavan Mirzəcanova çıxışında keçirilən tədbirin vacibliyi ilə bağlı fikirlərini bildirib.

DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Tacəddin Sadıqov, Emin Həmidli, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran ŞTŞ-nin aparıcı məsləhətçisi Cəmil Axundzadə, Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşı Ağakişi Baloğlanlı, məktəbin psixoloqu Günel Babayeva çıxışlarında  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı haqqında məlumat verərək bildiriblər ki, ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində mütərəqqi tədbirlər həyata keçirilir. Tədbirdə həmçinin insan hüquqlarının tərkib hissəsi olan uşaq hüquqlarına, eləcə də onların təhsil hüququna diqqət çəkilib.

Natiqlər çıxışlarında 28 may 1918-ci ilin Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazıldığını qeyd ediblər. Ümummilli Lider Heydər Əliyevin Xalq Cümhuriyyətinin ənənələrinin yaşadılması istiqamətində mühüm addımlar atdığı və bu gün isə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.