Mayın 15-də Lənkəran rayonu M.Həsənov adına Şilavar kənd ümumi orta məktəbində “Açıq qapı” günü keçirilib.
Tədbir ibtidai sinif şagirdlərinin ifasında “Sülh” kompozisiyası ilə başlayıb. Açıq səma altında “Fövqəladə hallarda davranış qaydaları” ilə əlaqədar şəhnə nümayış etdirilib.
Məktəbin foyelərində maddi-mənəvi irsimirz, tariximiz, milli – mənəvi dəyərlərimiz, ədəbiyyat və folklorumuz, kino, müsiqi və texnologiya bölmələrində sərgilər, şagirdlərin ifasında şeirlər, mahnılar, rəqslər, səhnəciklər nümayış etdirilib.
Ayrı-ayrı siniflərdə kimya,coğrafiya, informatika fənlərindən açıq dərslər, “Flovers day” çərçivəsində, xarici dil vərdişləri dinlənilib. IV sinifdə riyaziyyatdan viktorina keçirilib.
Tədbir Milli birliyimizin rəmzi olan yallı rəqsi ilə başa çatıb.
Böyük maraqla qarşılanan “Açıq qapı” günündə Lənkəran Şəhər İcra Hakimiyyətinin, Təhsil Şöbəsinin rəsmiləri, yerli icra və bələdiyyə orqanlarının nümayəndələri, valideynlər və məktəb rəhbərləri iştirak ediblər.