Mayın 15-də Lənkəran Şəhər Təhsil Şöbəsində Respublika Fənn Olimpiadalarının final turunda iştirak etmək hüququ qazanan şagirdlərlə görüş keçirilib.
Görüşdə rayonun 5 ümumtəhsil məktəbindən 12 şagird iştirak edib. ŞTŞ-nın müdir müavini Güloğlan Bağırov fənn olimpiadalarının final mərhəlsinə vəsiqə qazanan məktəbliləri təbrik etdib, onlara növbəti mərhələdə daha böyük uğurlar arzulayıb.
Çıxış edən şagirdlər Şəhər Təhsil Şöbəsinin rəhbərliyinə diqqət və qayğıya görə təşəkkürlərini bildirib və əmin ediblər ki, növbəti mərhələdə də qələbə qazanmaq üçün bütün imkanları səfərbərliyə alacaqlar.
Görüşdə Şəhər Təhsil Şöbəsinin əməkdaşları C.Axundzadə, Z.Ağazadə, Z.Cəfərova və valideyn H.Bağırov iştirak ediblər.
Sonda xatirə şəkli çəkdirilib.