13.05.2019

Məktəb psixoloqları və Uşaq birliyi təşkilatı rəhbərləri üçün seminar keçirilib

Mayın 13-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12 aprel 2019-cu il tarixli, K-405 nömrəli əmrinin icrası ilə əlaqədar Lənkəran Şəhər Təhsil Şöbəsində məktəb psixoloqları və Uşaq birliyi təşkilatı rəhbərləri üçün seminar keçirilib.

Seminarı giriş sözü ilə Lənkəran ŞTŞ-nin müdiri Aslan İbrahimov açaraq ümum təhsil məktəblərində sağlam mənəvi-psixoloji və təhlükəsiz mühitin yaradılması,  ailə məktəb münasibətlərinin tənzimlənməsi sahəsində  məktəb psixoloqları və Uşaq birliyi təşkilatı rəhbərlərinin qarşısında duran məsul vəzifələrdən bəhs edib.

Sonra məruzələr dinlənilmişdir “Gənclər və uşaqlar arasında intihar hadisəlri və onların  səbəbləri” mövzusunda  Viravul kənd 2 nömrəli tam orta məktəbin psixoloqu Günay Əsədovanın, “Şagirdlərin asudə vaxtlarının səmərəli təşkili”  mövzusunda Haftoni qəsəbə tam orta məktəbinin psixoloqu Könül Həsənovanın, “Çətin tərbiyə olunan şagirdlərlə işin təşkili” mövzusunda Digah kənd tam orta məktəbin  psixoloqu Jalə Əzizovanın,  “Narkomaniya və zərərli  vərdişlərin acı nəticələri” mövzusunda,  Türkəkəran  kənd ümumi orta məktəbin  psixoloqu  Gülşən  Əsgərovanın,  “Məktəb-valideyn əlaqələrinin təşkilinin psixoloji əsasları“ movzusunda Lənkəran ŞTŞ-nin aparıcı məsləhətçisi Nəsir Əkbərovun məruzələri dinlənilib.

Sonda seminar iştirakçilarının maraqlandıran suallar cavablandırılıb. Seminarı yekunlaşdıran Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov məktəbdə şagirdlər arasında sağlam münasibətlərin yaradılmasında məktəb psixoloqlarının və Uşaq birliyi təşkilatı rəhbərlərinin fəal rol oynayaçaqlarına ümidvar olduğunu bildirib. 


Açar sözlər: ,