Mayın 1-də T.Bayraməlibəyov adına Lənkəran şəhər 2 nömrəli tam orta məktəbində Lənkəran Şəhər İcra Hakimiyyəti, Şəhər Təhsil Şöbəsi və Yeni Azərbaycan Partiyası Lənkəran Şəhər Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin IX-X sinif şagirdləri arasında müstəqil Azərbaycan dövlətinin qurucusu, qüdrətli dövlət xadimi və dahi siyasətçi Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsi keçirilib.
Müsabiqədə iştirak edən şagirdlər Ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu, dövlətçiliyin qorunması və inkişafı sahəsində çoxcəhətli fəaliyyəti haqqında bilik və düşüncələrini qələmə alıblar.
Müsabiqə qalibləri Fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.