Aprelin 30-da T.Bayraməlibəyov adına şəhər 2 nömrəli tam orta məktəbin akt zalında məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlər üçün növbəti təlim seminarı keçirilib.
Seminarı giriş sözu ilə ŞTŞ-nın metodkabinet müdiri Z.Ağazadə açaraq seminarın məqsəd və vəzifələri haqqında danışıb.
Sonra məktəbəhazırlıq qruplarında tədrisin təşkili təcrubəsi haqqında rayonun İstisu qəsəbə tam orta məktəbin müəllimi Sədaqət Qurbanova məruzə edib.
Seminarda Lənkəran ŞTŞ-nın aparıcı məsləhətçisi C.Axundzadə iştirak edib.