10.04.2019

Şəhər 6 nömrəli tam orta məktəbin növbəti uğuru

Azərbaycan Respublikası Təhsil Nazirliyi, ADA Universiteti və “Mars Academy” şirkətinin birgə təşkilatçılığı ilə təşkil olunan “İnto Orbit” mövzulu "FİRST LEGO League" Azərbaycan turnirində Lənkəran şəhər  S.Kazımbəyov adına  6 nömrəli tam orta məktəbin “İnto Orion” komandası qalib gəlib, fəxri fərman və kubokla təltif olunub.

Aprelin 10-da Şəhər Təhsil Şöbəsinin müdiri A.İbrahimov məktəbdə olub, qələbə münasibətilə qalib komandanı təbrik edib, komandanın rəhbərləri Rəfail Ağayev və Zöhrə Qasımovaya fəxri fərman təqdim edib.


Açar sözlər: ,  ,  ,