05.04.2019

Rus dili və ədəbiyyatı olimpiadası

Aprelin 5-də Rusiya Federasiyası MDB, Xaricdə Yaşayan Həmvətənlərlə İş və Beynəlxalaq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyin (“Rossotrudniçestvo”) Azərbaycan nümayəndəliyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Lənkəran şəhər 4 nömrəli məktəb-liseydə Cənub bölgəsi məktəblərinin VII və VIII sinif şagirdləri arasında XI Respublika rus dili və ədəbiyyatı olimpiadası keçirib. Olimpiadada Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının 148 nəfər şagird iştirak edib.

Tədbirdə Rusiya səfirliyinin əməkdaşları, Federal Agentliyinn Azərbaycandakı sədri V.P.Denisov, Həmin nümayəndəliyin əməkdaşları O.İ.Alenina, L.T.Yakunina, Lənkəran ŞTŞ-nın müdir müavini G.Bağırov, xarici dillər üzrə metodisti N.Zülfiqarlı və şəhər 4 nömrəli məktəb-liseyin direktoru Y.Əsgərova iştirak edib.


Açar sözlər: ,  ,  ,