Martın 29-da Lənkəran Şəhər Təhsil Şöbəsi Təhsil Şurasının növbəti iclası keçirilib. Şura iclasında rayonun Boladi kənd 2 nömrəli və Şirinsu kənd tam orta məktəblərində aparılmış monitorinqin nəticələri, Haftoni qəsəbə, Xolmili, Səpnəkəran, Yuxarı Nüvədi və Nərimanabad kənd tam orta məktəblərində Azərbaycan dili və ədəbiyyat dərslərinin tədrisi vəziyyəti və Boladi kənd 2 nömrəli tam orta məktəbinin fizika müəllimi Telman Mövludovun qabaqcıl iş təcrübəsi haqqında məsələlər müzakirə olunub.
Gündəlikdə duran məsələlər barədə Təhsil Şöbəsinin əməkdaşları S.Əliyev, A.Aslanov, S.Kələntərli və Ş.Eminovanın arayışları, ayrı-ayrı çıxışlar dinlənilib və müvafiq qərarlar qəbul edilib.
Şura iclasında Təhsil Şöbəsinin əməkdaşları Z.Ağazadə, K.Məmmədov, S.Əliyev və G.Bağırov cari məsələlərdən danışıblar.
Sonda A.İbrahimov şura iclasını yekunlaşdırıb, qarşıda duran vəzifələrdən danışıb.