Məlum olduğu kimi Təhsil Nazirliyi respublikanın bütün ümumtəhsl müəssisələrində çalışan pedaqoji işçilər üçün “Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi”ni elan edib. Həmin müsabiqədə daha çox müraciətlərin olmasını təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən zonalarda müşavirələrin təşkili planlaşdırılır.
Martın 14-də Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonları üzrə müşavirə Lənkəran şəhər 4 nömrəli məktəb-liseydə keçirilib. Müşavirədə zona rayonları təhsil şöbələrinin və məktəblərin rəhbərləri, fəal müəllimlər iştirak edib.
Müşavirədə Təhsil Nazirliyinin əməkdaşı Orxan Abbasov iştirak edib, müsabiqənin məqsədi, mahiyyəti və qaydaları barədə geniş məlumat verib, sualları cavablandırıb. Sonda əvvəlki müsabiqə qalibləri öz təcrübələrindən danışıblar.