Martın 12-də Lənkəran şəhər 2 nömrəli tam orta məktəbinin akt zalında “Uşaq və gənclərin azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsi” mövzusunda ümumrayon konfransı keçirilib.
Konfransda rayonun ümumtəhsil məktəblərinin rəhbərləri, qabaqcıl təhsil işçiləri və şagirdlər iştirak edib.
Konfransda Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov “Azərbaycançılıq ideologiyasının mahiyyəti” mövzusunda məruzə edib. Məruzə ətrafında Sütəmurdov kənd tam orta məktəbinin direktoru Kamran Əliyevin “Heydər Əliyev və azərbaycançılıq ideologiyası” mövzusunda, şəhər 10 nömrəli tam orta məktəbinin direktoru Qadir Axundovun “Məktəbdə şagirdlərin azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsinin təşkili təcrubəsindən” mövzusunda, şəhər 6 nömrəli məktəb-liseyin müəllimi Zamin Baxşıyevin “Tarix dərslərində şagirdlərin azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsinin təşkili” və Hirkan qəsəbə tam orta məktəbinin müəllimi Ələkbər Nuriyevin “Dil-ədəbiyyat dərslərində azərbaycançılıq ideologiyasının təbliği” mövzusunda çıxışları dinlənilib.
Sonda Təhsil Şöbəsinin müdiri A.İbrahimov konfransın işini yekunlaşdırıb.