Məlum olduğu kimi martın 5-də Təhsil Nazirinin müavini Məhəbbət xanım Vəliyeva cənub bölgəsinə səfəri çərçivəsində Lənkəran məktəblərində, o cumlədən S.Kazımbəyov adına şəhər 6 nömrəli məktəb-liseyidə olub, məktəblə, tədris prosesi ilə tanış olub, dərslərin o cumlədən məktəbin riyaziyyat müəllimi Rzayeva Çiçək Əlipaşa qızının XI sinifdə dərsini dinləyib, razı qaldığını bildirib.
Matrın 6-da Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov 6 nömrəli məktəb-liseydə olub, təhsil sahəsində səmərəli fəaliyyətinə görə müəllimə Çiçək Rzayavaya fəxri fərman təqdim edib, nazir müavini Məhəbbət xanım Vəliyevanın məktəb və müəllim kollektivi haqqında xoş sözlərini pedaqoji heyətə çatdırıb, qarşıdan gələn bayramlar münasibətilə onları təbrik edib.
Sonda məktəbin müəllimi Çiçək Rzayeva və məktəbin direktoru, əməkdar müəllim Akif Xalıqov diqqət və qayğıya görə təşəkkürunu bildirib, əmin etmişdir ki, bundan sonra da Lənkəran təhsilinə daha böyük töfhələr vermək üçün səylə çalışacaqlar.