Martın 5-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cənub bölgəsinə səfəri çərçivəsində Lənkəranda olub.
Nazir müavini Gərmətük qəsəbə tam orta məktəbinə və şəhər 6 nömrəli məktəb-liseyə baş çəkib, sinif otaqlarının, laboratoriyaların vəziyyəti ilə tanış olub, tədris prosesini izləyib.
Lənkəran şəhər 5 nömrəli tam orta məktəbdə təhsil ocağının uğur qazanmış idmançıları ilə görüşən Məhəbbət Vəliyeva ibtidai siniflərdə şagirdlərin oxuyub-anlama bacarıqlarına yiyələnmə vəziyyəti ilə də maraqlanıb. Məktəbin şagirdlərinə qrup tapşırıqları verən nazir müavini sonra məktəblilərin həmin tapşırıqlar üzrə təqdimatlarını dinləyib.
Səfər çərçivəsində nazir müavini Məhəbbət Vəliyeva Lənkəran ümumitəhsil məktəblərinin direktorları və Təhsil Şöbəsinin əməkdaşları ilə görüşüb, dərin islahatlar dövrünu yaşayan təhsilimizin qarşısında duran prioritet vəzifələrdən ətraflı bəhs edib və tövsiyələrini bildirib.
Sonda xatirə şəkli çəkilib.