Fevralın 28-də Lənkəran Şəhər Təhsil Şöbəsi Təhsil Şurasının növbəti iclası keçirilib.
Şura iclasında rayonun Parakənd və Darquba kənd tam orta məktəblərində aparılmış monitorinqin nəticələri, Tatova, Şirinsu, Şağlaser kənd tam orta, Türkəkəran və Şilavar kənd ümumi orta məktəblərində coğrafiya dərslərinin tədrisi vəziyyəti, Gərmətük qəsəbə, Siyavar, Sütəmurdov, Separadi, Kənarmeşə və Osaküçə kənd tam orta məktəblərinin metodik işlərin vəziyyəti haqqında məsələlər müzakirə olunub.
Gündəlikdə duran məsələlər barədə Təhsil Şöbəsinin əməkdaşları N.Əkbərov, C.Axundzadə, Z.Cəfərov və Z.Ağazadənin arayışları, ayrı-ayrı çıxışlar dinlənilib və müvafiq qərarlar qəbul edilib.
Şura iclasında Təhsil Şöbəsinin əməkdaşları Z.Ağazadə, K.Məmmədov, S.Əliyev və G.Bağırov cari məsələlərdən danışıblar.
Sonda A.İbrahimov şura iclasını yekunlaşdırıb, qarşıda duran vəzifələrdən danışıb və rayonun təhsil müəssisələrində çalışan bütün qadınları qarşıdan gələn 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edib.