26.02.2019

Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı anım tədbirləri keçirilib

26 fevral Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Bütün bunlar erməni vandalları tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklərlə həyata keçirilib.

Lənkəran Şəhər Təhsil Şöbəsinin Tədbirlər Planına uyğun olaraq rayon ümumtəhsil məktəblərində 26 fevral Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib. 

Tədbirlərdə rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, müəllimlər faciə barədə danışıb, şagirdlər tərəfindən ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Belə tədbirlər şəhər məktəblərində, Şürük, Boladi 1, 2 nömrəli, Şovu, Liman 1, 2 nömrəli, Gərmətük, Girdəni, Mamusta, Günəhir, Xanbulan, Haftoni, Xolmili, Hirkan, Viyən, Səpnəkəran, Yuxarı Nüvədi, Gəgiran, Tüədo, Şağlaser ümumi və başqa məktəblərdə daha yüksək səviyyədə keçirilib.  


Açar sözlər: ,