23.02.2019

Regional görüş

Fevralın 23-də  şəhər 2 nömrəli tam orta məktəbinin akt zalında Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı rayonları ümumtəhsil məktəbləri rəhbərləri, gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri və yuxarı sinif şagirdlərinin iştirakı ilə Azərbaycan Respublikası Mudafiə Nazirliyi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə, Cəmşid Naxçıvanski adına Hərbi Liseyə və Azərbaycan Tibb Universiteti Hərbi tibb fakultəsinə 2019-cu ildə qəbul şərtlərinin çatdırılması, təbliğatı və izahedici işlərin aparılması məqsədilə regional görüş keçirilib.

Görüşü Lənkəran ŞTŞ-nın metodisti Kamran Məmmədov açıb. Gündəlikdə duran məsələ barəsində Mudafiə Nazirliyinin zabitləri Zöhrab Hacıyev, Vüqar Mirzəliyev, Elnur Məmmədov və Lənkəran ŞTŞ-nın aparıcı məsləhətçisi Cəmil Axundzadə məlumat verib.

Sonda iştirakçıları maraqlandıran suallara cavab verilib.