16.02.2019

2018-ci ilin nəticələrinə həsr olunmuş zona müşavirəsi

Fevralın 15-də A.Quliyev adına Hirkan qəsəbə tam orta məktəbində Gərmətük, Hirkan qəsəbə, Biləsər, Parakənd, Mamusta, Siyavar, Səpnəkəran, Yuxarı Nüvədi, Xanbulan, Sütəmurdov, Aşağı Nüvədi, Kənarmeşə, Viyən, Şürük, Şıxəkəran, Xolmili, Vel kənd tam orta və Alazəpin, Daşdatük, Daşdalıqjar, Velədi, Türkəkəran, Tütəpeştə, Kosalar ümumi orta məktəblərinin direktor və direktor müavinləri ilə görüş keçirilib.

Görüşdə Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri A.İbrahimov, aparıcı məsləhətçilər N.Əkbərov və M.Quliyev, qocaman təhsil işçisi S.Ağayev iştirak ediblər.

Görüşdə adları çəkilən məktəblərdə 2018-ci ildə təlim-tərbiyə sahəsində görulmuş işlər təhlil olunub, qarşıda duran vəzifələrdən bəhs edilib və təhsilin keyfiyyətini daha da yuksəltmək üçün muvafiq tövsiyələr verilib.


Açar sözlər: ,  ,  ,