15.02.2019

Boladi kənd 1 nömrəli tam orta məktəbində görüş

Fevralın 15-də N.Axundov adına Boladi kənd 1 nömrəli tam orta məktəbində Şəhər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki İslam Hümbətovla şagird, müəllim və valideyn ictimaiyyəti nümayəndələrinin görüşü keçirilib.

Görüşü giriş sözü ilə məktəbin direktoru Elman Rzayev açıb. Şəhər-Rayon Polis Şöbəsinin rəisi İslam Hümbətov və Şəhər Təhsil Şöbəsinin müdir müavini Güloğlan Bağırov “Narkomaniya və erkən nikahlara yox deyək!” və “Dini radikalizmin mahiyyəti” mövzularında məruza etmiş, müzakirə olunan məsələlərin aktuallığı ilə əlaqədar profilaktik tədbirlərin keçirilməsinin əhəmiyyəti və vacibliyini xüsusi vurğulayıblar.

Sonda görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.


Açar sözlər: ,  ,  ,  ,