Fevralın 14-də Şəhər Təhsil Şöbəsində görüş keçirilib. Təhsil Şöbəsinin müdiri A.İbrahimov Yunanıstanda keçirilmiş VII “Biennal Uşaq Rəssamlıq Festivalı”nın qalibi, Şəhər Uşaq Gənclər İnkişaf Mərkəzinin yetirməsi Nərmin Abdullayeva (şəhər 5 nömrəli tam orta məktəbin X sinif şagirdi) və Bakı şəhərində keçirilmiş “Dostluğun sehri” III Beynəlxalq Uşaq Rəsm Müsabiqəsi nin qalibi Aytən Baxşıyevanı (Haftoni qəsəbə tam orta məktəbin X sinif şagirdi) qəbul etmiş, onları təbrik edərək qiymətli hədiyə ilə mukafatlandırmışdır.
Lənkəran şəhər UGİM-nin direktoru A.Qənbərov diqqət və qayğıya görə təhsil Şöbəsinin rəhbərliyinə təşəkkürunu bildirmiş və əmin etmişdir ki, bundan sonra da daha böyuk uğurlar qazanmaq üçün səylə çalışacaqlar.