15.02.2019

“Dini radikalizm, erkən nikah və onların fəsadları”

Fevralın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran  Şəhər Təhsil Şöbəsi (ŞTŞ) və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) birgə təşkilatçılığı ilə Parakənd kənd tam orta məktəbində “Dini radikalizm, erkən nikah və onların fəsadları”  mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Tacəddin Sadıqov, Emin Həmidli, Lənkəran ŞTŞ-nin əməkdaşı Cəmil Axundzadə, Lənkəran ŞRPŞ-nin Yetkinlik yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili qrupunun inspektoru, polis baş leytenantı Orxan Şahmarov, məktəbin direktoru Vüqar Rzayev, müəllimlər və şagirdlər iştirak edib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru  Vüqar Rzayev çıxışında keçirilən maarifləndirmə tədbirinin əhəmiyyəti və mövzunun aktuallığına diqqət çəkib. 

Lənkəran ŞTŞ-nin əməkdaşı C.Axundzadə çıxışında gənclərin zərərli vərdişlərdən və erkən nikahlardan qorunmasının vacibliyi ilə bağlı fikirlərini bildirib. C.Axundzadə Azərbaycan gənclərinin milli-mənəvi dəyərlərə, vətənpərvərlik keyfiyyətlərinə malik olduğunu vurğulayıb.

Lənkəran ŞRPŞ-nin Yetkinlik yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili qrupunun inspektoru Orxan Şahmarov çıxışında zərərli vərdişlər və erkən nikahların cəmiyyətimiz üçün mənfi fəsadlar yaratdığını diqqətə çatdırıb. O.Şahmarov erkən nikahlarla bağlı qanunvericiliyin müvafiq maddələri haqqında  tədbir iştirakçılarını məlumatlandırıb.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında milli-mənəvi dəyərlərimizin təbliğ edilməsinin dini radikalizmə qarşı mübarizə baxımından zəruriliyini qeyd edib. E.Həmidli əlavə edib ki, keçirilən tədbirlərin əsas məqsədi  gənclərin dini radikalizm, ekstremizm və digər mənfi işlərdən qorunması, milli-mənəvi dəyərlərin və  vətənpərvərliyin təbliğ olunmasıdır.                             

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.