14.02.2019

“Dini radikalizm, zərərli vərdişlər və onların fəsadları”

Fevralın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran Şəhər Təhsil Şöbəsi (ŞTŞ) və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) birgə təşkilatçılığı ilə Lənkəran rayonu Hirkan qəsəbə tam orta məktəbində “Dini radikalizm, zərərli vərdişlər və onların fəsadları” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli,  Tacəddin Sadıqov, Lənkəran ŞTŞ-nin  əməkdaşı Cəmil Axundzadə, Lənkəran ŞRPŞ-nin Yetkinlik yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili qrupunun inspektoru, polis baş leytenantı Orxan Şahmarov, məktəbin direktoru Adil Kərimov, müəllimlər və şagirdlər iştirak edib.

Tədbiri giriş sözü ilə açan Hirkan qəsəbə  tam orta məktəbinin direktoru  Adil Kərimov keçirilən tədbirin gənclərin sağlam və vətənpərvər ruhda böyüməsində vacib rol oynadığını vurğulayıb.  

Lənkəran ŞTŞ-nin əməkdaşı Cəmil Axunzadə çıxışında zərərli vərdişlərə qarşı mübarizədə gənclərin elm və təhsilə yiyələnmələrinin əhəmiyyətini qeyd edib.            

Lənkəran ŞRPŞ-nin Yetkinlik yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili qrupunun inspektoru Orxan Şahmarov narkomaniya, erkən nikah, digər zərərli vərdişlər və onların fəsadları haqqında məruzə ilə çıxış edib.        

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Tacəddin Sadıqov çıxışında ölkəmizdə zərərli vərdişlərə və dini radikalizmə qarşı mübarizə məqsədilə mühüm tədbirlər həyata keçirildiyini iştirakçıların diqqətinə çatdırıb.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında  radikal dini qruplar, qeyri-ənənəvi dini cərəyanlar və onların təbliğat metodları haqqında məlumat verərək dövlətin  yeniyetmə və gənclərin zərərli vərdişlərin, dini radikalizmin təsirlərindən qorunması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 


Açar sözlər: ,  ,  ,