14.02.2019

“Dəyərlərimiz-sərvətimizdir, gələcəyimizdir” layihəsi həyata keçirilib

Fevralın 13-də Təhsil Şöbəsində Lənkəranın ümumtəhsil məktəbləri arasında “Dəyərlərimiz-sərvətimizdir, gələcəyimizdir” layihəsinin “Milli-mənəvi dəyərlərimizə əsaslanan nümunəvi kişi və nümunəvi qadın obrazı” mövzusunda ən yaxşı hekayə nominasiyası üzrə yarışmanın təşkili barədə seminar keçirilib. Seminarda 35 məktəbin 200 nəfərə yaxın VI,VII,VIII sinif şagirdi iştirak edib.

Seminarda “Pətək” Yeni Nəslin Mənəvi Tərbiyəsi İctimai Birliyinin sədri Sevinc Əsgərova layihənin mahiyyəti və əhəmiyyəti barədə geniş məlumat verib.