Lənkəran Peşə Liseyi və Lənkəran Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin V-IX sinifləri arasında Gənclər Gününə həsr olunmuş “Mənim peşəm” mövzusunda inşa yazı müsabiqəsi keçiriib.
Fevralın 7-də T.Bayraməlibəyov adına şəhər 2 nömrəli tam orta məktəbin foyesində inşa yazı qaliblərinin mükafatlandırma mərasimi olub. Müsabiqədə şəhər 3 nömrəli tam orta məktəbin VII sinif şagirdi Muradlı Fatimə Cəmil qızı, Liman şəhər 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Əkbərli Sona Fikrət qızı və VII sinif şagirdi Quliyeva Leyla Xabil qızı dəyərli hədiyyələr və Fəxri fərmanla təltif olunub.
Tədbirdə Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri A.İbrahimov, Lənkəran Peşə liseyinin direktoru A.Kərimov iştirak edib və qalibləri təbrik ediblər.