04.02.2019

Lənkəranlı məktəblilər LDU-nun tədris-təcrübə bazasından yararlanıb

Azərbaycan Respublikası Təhsil Nazirinin pilot layihəsinə uyğun olaraq fevralın 4-də şəhər 10 nömrəli tam orta məktəbinin yuxarı sinif şagirdləri üçün Lənkəran Dövlət Universitetində kimya və biologiya laboratoriyalarında kimya və biologiyadan açıq dərslər keçirilib.

Kimyadan açıq dərsi dosent İsa Hüseynov və müəllim Tərlan Ağazadə, biologiyadan dosent  Məhəmmədhüseyn Hüseynov aparıblar.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılb.


Açar sözlər: ,  ,  ,