Fevralın 3-də respublika fənn olimpiadalarının rayon mərhələsi keçirilib.
Lənkəranda bu mərhələ iki məktəbdə, şəhər 2 nömrəli tam orta məktəbində dil-ədəbiyyat, tarix, coğrafiya, şəhər 4 nömrəli məktəb-liseydə fizika, riyaziyyat, kimya, biologiya və informatika fənləri üzrə keçirilib.
Ümumilikdə bu olimpiadalarda 620 nəfər şagird iştirak edib. Təhsil Şöbəsinin müdiri A.İbrahimov, müdir müavini G.Bağırov olimpiadanın gedişini muşahidə edib.
Fənn olimpiadalarının rayon mərhələsi Təhsil Nazirliyinin əməkdaşı O.Abbasovun nəzarəti altında keçirilib.