Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi barədə" 16 noyabr 2018-ci il tarixli, F-765 nömrəli əmrinin icrası istiqamətində 28 yanvar 2019-cu il tarixdə T.Bayraməlibəyov adına Lənkəran şəhər 2 nömrəli tam orta məktəbində Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması və onların mütaliəyə meyil və maraqlarının gücləndirilməsi məqsədilə rayonun ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında “Ədəbiyyat biliciləri" müsabiqəsinin rayon mərhələsi keçirilib.
Müsabiqədə Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri A.İbrahimov, şöbənin məsləhətçisi S.Əliyev, metodist S.Kələntərli iştirak ediblər. Təhsil Şöbəsinin müdiri A.İbrahimov müsabiqə iştirakçılarını təbrik edərək onlara təhsil sahəsində uğurlar arzulayıb.