Yanvarın 25-də İ.Hüseynov adına Osaküçə kənd tam orta məktəbində İstisu, Çay fabriki qəsəbə, Osaküçə, Tatova, Sinovli, Moloja, Havzava, Bəliton, Günəhir kənd tam orta və Türkəncil kənd ümumi orta məktəblərinin direktor və direktor müavinləri ilə görüş keçirilib.
Görüşdə Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri A.İbrahimov, aparıcı məsləhətçilər N.Əkbərov və M.Quliyev, qocaman təhsil işçisi S.Ağayev iştirak ediblər.
Görüşdə adları çəkilən məktəblərdə 2018-ci ildə təlim-tərbiyə sahəsində görulmuş işlər təhlil olunub, qarşıda duran vəzifələrdən bəhs edilib və təhsilin keyfiyyətini daha da yuksəltmək üçün muvafiq tövsiyələr verilib.