Yanvarın 23-də rayonun Sütəmurdov kənd tam orta məktəbində Lənkəran Şəhər Təhsil Şöbəsi və Azərbaycan Gənclər fondunun maliyələşdirdiyi, “Azəri Gənclər Alyansı” İctimai Birliyi tərəfindən həyata keçirilən “Mən təhsil almaq istəyirəm, ərə getmək yox” layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbirdə Sütəmurdov kənd tam orta məktəbinin direktoru Kamran Əliyev, Azəri Gənclər Alyansının rəhbəri Leyla Sadıqova, Lənkəran ŞTŞ-nın aparıcı məsləhətçisi Ramin Hüccətov, VIII-IX siniflərdə təhsil alan qızlar və valideynlər iştirak ediblər.
Natiqlər çıxış edərək qızların təhsildən yayınması, erkən nikaha daxil olması, erkən nikahın yaratdığı fəsadlar və onların aradan qaldırılması haqqında maarifləndirici söhbətlər aparıblar.
Sonda layihə rəhbəri tərəfindən seminarda iştirak edən məktəblərə maarifləndirici bukletlər hədiyyə verilib.