Yanvarın 21-də Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin akt zalında Şəhər Təhsil Şöbəsinin illik hesabat yığıncağı keçirilib.
Yığıncaqda Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov 2018-ci ildə Lənkəranda təhsil sahəsində görülmüş işlərdən, uğurlardan və qarşıda duran vəzifələrdən ətraflı bəhs edib. Məruzə ətrafında şəhər 7 nömrəli tam orta məktəbinin direktoru Ü.Əliyeva, Liman şəhər 1 nömrəli tam orta məktəbinin direktoru Ə.Qurbanov, Darquba kənd tam orta məktəbinin direktoru M.Kazımov, Xanbulan kənd tam orta məktəbinin direktoru M.Əliyeva və başqaları çıxış ediblər.
Yığıncağın işində Şəhər İcra Hakimiyyəti başçısının müavini Rasilə xanım Arif qızı iştirak edib. O, çıxışında görülmüş işlərdən və qarşıda duran vəzifələrdən bəhs edib.