Yanvarın 16-da V.Əliyev adına Lənkəran şəhər 4 nömrəli hümanitar təmayüllü məktəb-liseydə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi yanında UNESCO üzrə Milli Komissiyanın və TİPİİ-nin dəstəyi ilə məktəbin UNESCO-nun Assosiativ Məktəblər Şəbəkəsinə üzv olduğunu sübut edən lövhənin açılış tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Yeganə Əskərova açıb. UNESCO-nun məktəb-lisey üzrə koordinatoru Sevda Nəsirova çıxış edərək bu istiqamətdə görülmüş işlərin daim diqqətdə olduğunu və bu məqsədlər üçün dəstək olacaqlarını bildirib. Müəllim kollektivi və şagirdlər lövhənin açılış tədbirində iştirak ediblər.