Yanvarın 15-də İ.İ.Mahmudov adına Liman şəhər 1 nömrəli tam orta məktəbində Liman şəhər 2 nömrəli, Balıqçılar, Nərimanabad, Üzümçülük qəsəbə, Nərimanabad, Qumbaşı, Şirinsu, Boladi 1 və 2 nömrəli, Göyşaban və Ürgə kənd tam orta məktəblərinin direktor və direktor müavinləri ilə görüş keçirilib.
Görüşdə Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri A.İbrahimov, aparıcı məsləhətçilər N.Əkbərov və M.Quliyev, qocaman təhsil işçisi S.Ağayev iştirak ediblər.
Görüşdə adları çəkilən məktəblərdə 2018-ci ildə təlim-tərbiyə sahəsində görulmuş işlər təhlil olunub, qarşıda duran vəzifələrdən bəhs edilib və təhsilin keyfiyyətini daha da yuksəltmək üçün muvafiq tövsiyələr verilib.