1 dekabr 2018-ci il tarixdə “Marmara Group” Xaricdə təhsil mərkəzinin təşəbbüsü və Lənkəran Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə Lənkəran və Astara rayonu ümumtəhsil məktəbləri şagirdlərinin iştirakı ilə bilik yarışı keçirilib. Bu yarışında Lənkəran və Astara rayonlarının 17 məktəblisi yüksək nəticə göstərib.
Bilik yarışında fərqlənən şagirdlərə 12 yanvar 2019-cu il tarixdə “Marmara Group” Xaricdə təhsil mərkəzi tərəfindən dəyərli hədiyələr və sertifikatlar təqdim olunub. Tədbirdə “Marmara Group” Xaricdə təhsil mərkəzinin əməkdaşları və Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri A.İbrahimov iştirak edib.