Yanvarın 10-da Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 28 dekabr 2018-ci il tarixli, 8/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası” ilə rayonun ümumitəhsil məktəbləri rəhbərlərini tanış etmək, onlara geniş izahat vermək məqsədilə Şəhər Təhsil Şöbəsində təlimati müşavirə keçirilib. Müşavirədə Təhsil Şöbəsinin əməkdaşları və rayonun bütün ümumitəhsil məktəblərinin rəhbərləri iştirak edib.
Müşavirəni Təhsil Şöbəsinin müdiri A.İbrahimov açaraq yığıncağın məqsədi və qarşıda duran vəzifələr barədə danışıb. Sonra ŞTŞ müdirinin müavini G.Bağırov sözu gedən “Qayda” barədə müşavirə iştirakçılarına maddə-maddə izahat verib, sonda onları maraqlandıran sualları cavablandırıb.