28.12.2018

Növbəti şura iclası

Dekabrın 27-də Lənkəran Şəhər Təhsil Şöbəsi Təhsil Şurasının növbəti iclası keçirilib.

Şura iclasında rayonun Xarxatan və Ləj kənd tam orta məktəblərində aparılmış monitorinqin nəticələri, Hirkan qəsəbə, Rvo, Tükəvilə, Havzava və Şovu kənd tam orta məktəblərində riyaziyyat dərslərinin tədrisi vəziyyəti, şəhər 6 nömrəli məktəb-liseyin informatika müəllimi Zöhrə Qasımovanın qabaqcıl iş təcrubəsi və “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” Təhsil Nazirliyinin 14.08.2018-ci il tarixli F-550 nömrəli əmrinin icrası sahəsində görulən işlərlə bağlı Şürük kənd tam orta məktəbinin direktoru N.Bağırovun hesabatı haqqında məsələlər müzakirə olunub.

Gündəlikdə duran məsələlər barədə Təhsil Şöbəsinin əməkdaşları R.Hüccətov, N.Əkbərov, S.Əliyev, Ş.Eminova və Şürük kənd tam orta məktəbinin direktoru N.Bağırovun arayışları, ayrı-ayrı çıxışlar dinlənilib və müvafiq qərarlar qəbul edilib.

Şura iclasında Təhsil Şöbəsinin müdiri A.İbrahimov rəssamlıq sahəsində xüsusi istedadı ilə fərqlənən şəhər 4 nömrəli məktəb-liseyin  IX sinif şagirdi Hüseynova Fidan Malik qızını və onun müəllimi İlqar İsmayılovu təhsil sahəsində üzün illər səmərəli fəaliyyətinə görı fəxri-fərmanla təltif edib.

Şura iclasında Təhsil Şöbəsinin əməkdaşları Z.Ağazadə, K.Məmmədov, C.Axundzadə və G.Bağırov cari məsələlərdən danışıblar.

Sonda A.İbrahimov şura iclasını yekunlaşdırıb, qarşıda duran vəzifələrdən danışıb və rayonun bütun pedaqoji ictimaiyyətini qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edib.


Açar sözlər: ,  ,  ,  ,