26.12.2018

“Fövqəladə hallarla bağlı davranış qaydaları”

Dekabrın 26-da rayonun Sütəmurdov kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda marifləndirici tədbir keçirilib.

Tədbirdə Lənkəran ŞTŞ-nin aparıcı məsləhətçisi Ramin Hüccətov, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin əməkdaşı Rövşən Rzayev, müəllimlər və şagirdlər iştirak edib.

Görüşdə “Odsöndürücü balondan istifadə qaydaları”, ”Zəlzələ”, “Dəm qazı” və “Məişətdə yanğın zamanı davranış qaydaları” mövzularında təhlükəsizlik tədbirlərinə əməl olunmasının vacibliyi diqqətə çatdırılıb.