21.12.2018

Təhsil şöbəsində görüş

Dekabrın 20-da Şəhər Təhsil Şöbəsində dekabr ayında Bakıda keçirilən Beynəlxalq seminarda iştirak etmiş yaradıcı müəllimlərlə görüş keçirilib.

Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İdarə Heyəti və Turkuaz Karyera Mərkəzi tərəfindən təşkil olunan bu seminarda iştirak edən şəhər 4 və 7 nömrəli məktəbin müəllimləri U.Vəliyeva, L.Şirəlizadə, S.Kərimova, V.Sadıqova, S.Həsənova, A.Məlikova və K.İsmayılzadə ilə görüşdə Təhsil Şöbəsinin müdiri onları təbrik edib, fəaliyyətlərində uğurlar arzu edib və onlara sertifikat təqdim edib.

Görüşdə çıxış edənlər diqqətə görə təşəkkürlərini bildirib və əmin ediblər ki təhsilimizin inkişafı üçün səylə çalışacaqlar.


Açar sözlər: ,  ,  ,