20.12.2018

Məktəbdə görüş

Dekabrın 20-də Lənkəran ŞRPŞ-nın rəisi polis polkovniki İslam Hümbətov Yuxarı Nüvədi kənd tam orta məktəbində müəllim və şagird kollektivi, habelə kənd ictimaiyyəti nümayəndələri ilə görüş keçirib.

Görüşdə cənab İ.Hümbətov narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi erkən nigahlar və dini radikalizim barədə geniş məruzə edib.

Məruzə ətrafında məktəbin direktoru İ.Orucova, ŞTŞ-nın müdir müavini G.Bağırov və başqaları çıxış ediblər.

Sonda İ.Hümbətov yığıncaq iştirakçılarını maraqlandıran suallara cavab verib.